“Qarabağ”ın hücumçusu Juninyo Olavio Avropada çıxış edən ən məhsuldar braziliyalı futbolçudu. Matc.az xəbər verir ki, 27 yaşlı hücumçu “köhnə dünya”da milli çempionatlarda ən çox qol vuran “sambaçı”dı.

O, Azərbaycan Premyer Liqasının cari mövsümündə keçirdiyi 27 oyunda 17 dəfə fərqlənərək braziliyalıların Avropadakı bombardiridi. Onu hərəyə 16 qolla “Partizan”da (Serbiya) çıxış edən sabiq “Neftçi”li Mateus Saldanya və “Brügge”nin (Belçika) hücumçusu İqor Tiaqo izləyirlər.

Kipr “Pafos”unun üzvü Jairo 13, “Real”ın forvardı Vinisius Junior isə 12 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest