06 Aprel 2024, 13:12
FUTBOL
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün şərəfini qoruduğu “Eyndhoven” Niderland birinci divizionunda XXXIII turun oyununu keçirib. Matc.az xəbər verir ki, yarımmüdafiəçinin komandası “Oss”un qonağı olub.
Qarşılaşma “Eyndhoven”in 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Start heyətində meydana çıxan Kökçü 90 dəqiqəni əvəz edilmədən keçirib. Komandasının təsəlli qoluna məhz o imza atıb. Bununla Ozan Can cari mövsümdə qollarının sayını 11-ə çatdırıb.
Qeyd edək ki, hazırda “Eyndhoven” 38 xalla 14-cü pillədə qərarlaşır.