Baş məşqçi axtarışlarını davam etdirən “Beşiktaş” daha bir namizəd müəyyənləşdirib. Matc.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, “ağ-qaralar” iki mütəxəssis arasında seçim edir.

Bir müddətdi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlanan İstanbul təmsilçisi ona rəqib qismində Dortmund “Borussiya”sının çalışdırıcısı Edin Terziçi seçib.

Superliqa təmsilçisi yayda hazırkı baş məşqçi Fernando Santosla yollarını ayırmağı düşünür. Portuqaliyalı mütəxəssisə istefaya göndərilməsi qarşılığında 500 min avro təzminat ödəniləcək.

Yeni baş məşqçinin də ya Qurban Qurbanov, ya da Edin Terziç olması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest