06 Aprel 2024, 14:18
FUTBOL
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer əfsanəvi futbolçular Lionel Messi və Kriştiano Ronaldo arasında seçim edib. Matc.az xəbər verir ki, İngiltərə millisinin üzvü hazırda karyerasını ABŞ-da davam etdirən argentinalını üstün tutub.
O, Messinin bütün dövrlərin ən yaxşısı adlandırıb: “Messi üstündü. Onun keçdiyi yola və qazandığı bütün fərdi mükafatlara nəzərə salaq. Leo bütün zamanların ən yaxşı oyunçusudu və açıq-aydın Ronaldonu qabaqlayır. Lakin Kriştiano da ən böyüklər siyahısındadı”.
Qeyd edək ki, “Mançester Siti”nin yetirməsi olan Palmer ötən ilin yayında 47 milyon avroya “Çelsi”yə keçib. 21 yaşlı oyunçu bu mövsüm londonluların heyətində 39 oyunda 21 qol vurub, 12 məhsuldar ötürmə verib.