“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola bu mövsüm İngiltərə çempionatında yarımmüdafiəçiləri Fil Fodenin yüksək oyun nümayiş etdirdiyini bildirib. Matc.az xəbər verir ki, mütəxəssisin fikrincə, 23 yaşlı pleymeyker cari mövsümün ən yaxşısı olmağa layiqdi.

“Düşünürəm ki, Foden Premyer Liqada mövsümün oyunçusu mükafatına ciddi iddiaçı ola bilər. Çox oyunçu yaxşı mövsüm keçirir. Amma o, şübhəsiz ki, təsirli hərəkətlərinin sayına, stabilliyinə və oyun səviyyəsinə görə rəqibə çevrilə bilər”, - deyə Qvardiola bildirib.

Qeyd edək ki, Fil Foden cari mövsüm bütün turnirlərdə 44 matçda iştirak edib, 21 qol vurub, 10 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest