06 Aprel 2024, 17:00
FUTBOL
“Mançester Siti” “RB Leypsiq”in yarımmüdafiəçisi Daniel Olmo uğrunda “Tottenhem” və “Mançester Yunayted”lə mübarizə aparacaq.
Matc.az xəbər verir ki, "şəhərlilər" futbolçu üçün təxminən 51 milyon funt-sterlinq ödəməli olacaq.
Qeyd edək ki, "göylər" hazırda Premyer Liqada 30 turdan sonra 68 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.