06 Aprel 2024, 16:17
FUTBOL
“Araz-Naxçıvan”da baş məşqçi istefası reallaşıb. Bu barədə matc.az saytına klubun icraçı direktoru Eldəniz Yusifov məlumat verib.
Premyer Liqa klubunun rəsmisi baş məşqçi Azər Bağırovla yolları ayırdıqlarını açıqlayıb: “Son vaxtlardakı nəticələr bu istefaya səbəb oldu. Nəticədə müqaviləyə qarşılıqlı razılıqla xitam verildi”.
Qeyd edək ki, “Araz-Naxçıvan” ötən mövsüm Azər Bağırovun rəhbərliyi altında Birinci Divizionun çempionu olub. Komanda Premyer Liqada 29 turdan sonra 32 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşır.