06 Aprel 2024, 17:56
FUTBOL
Fransa Prezidenti Emmanuel Makron PSJ-nin hücumçusu Kilian Mbappenin Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb. Matc.az xəbər verir ki, ölkə başçısı bunun baş tutacağına inanır.
O, komandanın Mbappe ilə daha güclü olacağını düşünür: “Ümid edirəm ki, Kilian olimpiadada oynayacaq. Yarımfinala və ya finala çıxsaq, stadiona gələcəyəm. Final iyulun 14-də baş tutacaq”.
Daha əvvəl mətbuatda Mbappenin “Real”la 2029-cu ilə qədər müqavilə imzaladığı və “kral klubu”nun onu olimpiadaya buraxmayacağı yazılıb.
Qeyd edək ki, olimpiada iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.