“Everton”un yarımmüdafiəçisi Amadu Onana çox güman ki, mövsümün sonunda komandasını dəyişəcək. Matc.az xəbər verir ki, 22 yaşlı futbolçu Avropa nəhənglərinin maraq dairəsindədi.

Müdafiəyəmeyilli yarımmüdafiəçi indi də “Bavariya”nın diqqət mərkəzinə düşüb. Almaniya nəhəngi yayda onu heyətinə qatmaq üçün mübarizəyə qoşulub. “Everton” isə Belçika millisinin üzvünün satışından ən azı 50 milyon funt-sterlinq qazanmağı planlaşdırır.

Qeyd edək ki, Amadu Onana “Everton”a 2022-ci ildə “Lill”dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest