06 Aprel 2024, 17:13
FUTBOL
Gürcüstan millisinin futbolçusu Vaxtanq Salia Avropanın Top-5 liqalarında çıxış edə bilər. Matc.az xəbər verir ki, 16 yaşlı hücumçu artıq bir neçə nəhəng klubun maraq dairəsinə düşüb.
Tbilisi “Dinamo”sunun üzvü xüsusən də İngiltərə Premyer Liqasına yaxın görünür. Çünki “Arsenal” və “Mançester Siti” onun uğrunda mübarizəyə qoşulub. Salia bu mövsüm keçirdiyi 6 oyunda 2 qol, 2 assistlə yadda qalıb.
Qeyd edək ki, 16 yaşlı forvardın AVRO-2024-də Gürcüstan millisinin heyətində yer alması gözlənilir.