“Liverpul”un müdafiəçisi Vircil van Deyk karyerasında qarşılaşdığı ən çətin rəqiblərin adlarını açıqlayıb. Matc.az xəbər verir ki, Niderland millisinin üzvü əsasən İngiltərə Premyer Liqasında çıxış edənləri fərqləndirib:

“Jiru o vaxt Eden Azarla birlikdə təhlükəli idi. Azar həmişə ona ötürmə verir və zərbə mövqeyinə çıxarırdı. Jiru da bizə qarşı matçlarda yaxşı qollar vurub. Erlinq Haland da çox çətin rəqibdi. Çox güclü, müasir hücumçudu. Cüzi imkan versəniz, sizi cəzalandıracaq. Həmçinin Serxio Aquero da çətin rəqib idi. O, bizim üçün həmişə problem idi”.

Qeyd edək ki, Vircil van Deyk 2018-ci ildən “Liverpul”un formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest