07 Aprel 2024, 12:39
FUTBOL
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola hesab edir ki, "Siti"nin yarımmüdafiəçisi Fil Foden Premyer Liqada mövsümün ən yaxşı oyunçusu tituluna iddialıdır.
Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis futbolçunu tərifləyib:
"Düşünürəm ki, Foden mövsümün ən yaxşı oyunçusu adına ciddi iddiaçı ola bilər. Bir çox oyunçu yaxşı mövsüm keçirir. Amma düşünürəm ki, o, mütləq ən yaxşı olduğunu iddia edə bilər: kəmiyyət, ardıcıllıq və oyun səviyyəsi baxımından".
Bu mövsüm Foden 30 oyun keçirib, 14 qol vurub və 7 məhsuldar ötürmə verib.