08 Aprel 2024, 08:54
FUTBOL
“Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının 1/4 final mərhələsində “Arsenal”la oyuna qədər sağalacaq. Matc.az xəbər verir ki, kapitan sabahkı görüşdə məşqçilər korpusunun ixtiyarında olacaq.
Almaniya millisinin heyətində zədələnən ulduz futbolçu qarşıdakı görüşə hazır olacaq. Almaniya Bundesliqasında “Heydenheym”lə (2:3) qarşılaşmanı vinger Leroy Sane də bu görüşdə meydana çıxa biləcək.
Digər yarımmüdafiəçi Kinqsli Komanın iştirakı ilə bağlı qərar isə hələ verilməyib. Fransalı hazır olmasa, Tomas Müller meydana çıxacaq.
Qeyd edək ki, “Arsenal”la “Bavariya” arasında Londonda keçiriləcək ilk oyun sabah saat 23:00-da başlayacaq.