08 Aprel 2024, 09:47
FUTBOL
“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında “Mançester Yunayted”ə “Old Trafford”da 6-cı qolunu vurub. Matc.az xəbər verir ki, misirli forvard XXXII turda 2:2 hesabı ilə başa çatan görüşdə penaltidən fərqlənib.
O, ölkə çempionatı çərçivəsində səfər qarşılaşmalarında “qırmızı şeytanlar”ı ən çox məyus edən oyunçu kimi tarixə düşüb. Salah “Old Trafford”da aktivinə 5 qol yazdıran “Liverpul”un sabiq kapitanı Stiven Cerrardın rekordunu yeniləyib.
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm “qırmızılar”ın heyətində bütün turnirlərdə 35 oyunda 23 qol vurub, 13 məhsuldar ötürmə verib.