Futzal üzrə Azərbaycan millisi bu gündən Bakıda təlim-məşq toplanışına başlayıb. Matc.az xəbər verir ki, komanda ayın 12-də paytaxtda hazırlıq keçəcək. Baş məşqçi Vitali Borisov toplanışa 17 futzalçı çağırıb. Onlardan 7-si “Baku Fire”nin, 4-ü isə “Araz-Naxçıvan”ın üzvüdü.

Futzal üzrə Azərbaycan millisi bu gündən Bakıda təlim-məşq toplanışına başlayıb. Matc.az xəbər verir ki, komanda ayın 12-də paytaxtda hazırlıq keçəcək.

Baş məşqçi Vitali Borisov toplanışa 17 futzalçı çağırıb. Onlardan 7-si “Baku Fire”nin, 4-ü isə “Araz-Naxçıvan”ın üzvüdü.

Hazırlığın sonunda çalışdırıcı Gürcüstana yollanacaq yekun heyəti müəyyənləşdirəcək. Millimiz aprelin 14-də və 16-da Tbilisidə Gürcüstanla 2 yoldaşlıq matçı keçirəcək.

Millinin heyəti: Kamran Hacıyev, Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Fərid Abbasov, Murad Quluzadə (hamısı “Baku Fire”), Emin Kürdov, Novruz Kazıxanov, Emil Həsənzadə, Xəzər Ağalızadə (hamısı “Araz-Naxçıvan”), Fərid Atakişiyev, Ülvi Əliyev, Amir Şojaei (hamısı “Neftçi” İK), Qüdrət Qasımzadə, İlham Alıyev (hər ikisi U-19), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest