08 Aprel 2024, 10:48
FUTBOL
Azərbaycan Premyer Liqasının XXIX turunda “Sumqayıt”la keçirilən oyun “Neftçi”nin kapitanı Emin Mahmudov üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 40-cı qolunu vurub.
Azərbaycan millisinin üzvü ölkəmizdə yalnız “Neftçi”nin formasını geyinib. O, 2017-18 mövsümündən “ağ-qaralar”ın şərəfini qoruyur.
Emin Mahmudov “Neftçi” tarixində Azərbaycan çempionatlarında ən azı 40 qol vuran 5-ci futbolçudu.
Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” oyunu 1:1 hesabı ilə başa çatıb.