Azərbaycan Premyer Liqasının XXIX turunda “Sabah”ı qəbul edən “Turan Tovuz” 2:0 hesablı qələbə qazanıb. Matc.az xəbər verir ki, bu, qərblilərin 20-ci qalibiyyəti kimi əlamətdar olub. Ayxan Abbasovun kollektivi Premyer Liqada ötən mövsüm debüt edib.
Azərbaycan Premyer Liqasının XXIX turunda “Sabah”ı qəbul edən “Turan Tovuz” 2:0 hesablı qələbə qazanıb. Matc.az xəbər verir ki, bu, qərblilərin 20-ci qalibiyyəti kimi əlamətdar olub.
Ayxan Abbasovun kollektivi Premyer Liqada ötən mövsüm debüt edib. Komanda 20 qələbə sayına 65 görüşdə çatıb. Tovuzlular bunun 11-də evdə, 9-da isə səfərdə qələbə sevinci yaşayıb.
Bölgə komandası Azərbaycan çempionatlarında ən azı 20 qələbə qazanan 39-cu komanda olub.
Qeyd edək ki, “Turan Tovuz” Premyer Liqada ilk qalibiyyətini 2022-ci il avqustun 13-də əldə edib. Komanda həmin vaxt səfərdə “Səbail”i yeganə qolla üstələyib.