08 Aprel 2024, 11:07
FUTBOL
“Zirə” tarixi ərzində Azərbaycan Premyer Liqasında ən böyükhesablı ev qələbəsini qazanıb. Matc.az xəbər verir ki, qəsəbə təmsilçisi bunu XXIX turda “Qəbələ” ilə görüşdə reallaşdırıb.
Rəşad Sadıqovun kollektivi doğma arenasında “qırmızı-qaralar”ın qapısından 4 cavabsız top keçirib – 4:0. “Zirə” buna qədər öz meydanında üç dəfə 3 top fərqli qələbə qazanmışdı.
Komanda bir dəfə də 4 top fərqli qalibiyyət əldə edib. Lakin bu, səfər görüşünə təsadüf edib. “Zirə” 2015-16 mövsümündə “Rəvan”ı səfərdə 4:0 hesabı ilə üstələyib. Həmin matç 2016-cı il aprelin 10-da olub.