08 Aprel 2024, 11:46
FUTBOL
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Almaniya millisini çalışdıra bilər. Matc.az xəbər verir ki, Almaniya Futbol Assosiasiyası onun xidmətində maraqlıdı.
Qurum 56 yaşlı mütəxəssisin DÇ-2026-da yığmanı çalışdırmasını istəyir. Rəhbərlik bu ilin yayına qədər müqaviləsi qüvvədə olan Yulian Naqelsmanla vidalaşmağı planlaşdırır.
Qeyd edək ki, Yurgen Klopp mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb.