08 Aprel 2024, 12:21
FUTBOL
Vaxtilə “Qarabağ”da işləmiş mütəxəssis Öndər Karavelinin “Eskişehirspor”dakı dövrü cəmi 27 gün çəkib. Matc.az xəbər verir ki, Regional Həvəskar Liqada çıxış edən komanda baş məşqçi ilə yollarını ayırıb.
Buna səbəb komandanın uğursuz nəticələr göstərməsidi. Martın 12-də baş məşqçi təyin olunan Karavelinin rəhbərliyi altında komanda keçirdiyi 3 oyunda 4 xal qazanıb və çempionluq yolunda ciddi itki ilə üzləşib. Bu da onun istefaya göndərilməsinə səbəb olub.
Qeyd edək ki, Öndər Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununa qədər “Qarabağ” akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub. O, 2021-ci ilin sonundan 2022-ci ilin əvvəlinədək “Beşiktaş”da baş məşqçi vəzifəsini icra edib.