08 Aprel 2024, 12:56
FUTBOL
“Çelsi” məğlubiyyətsizlik seriyasını 7 oyuna yüksəldib. Matc.az xəbər verir ki, London klubu son olaraq Premyer Liqanın XXXII turunda “Şeffild Yunayted”lə 2:2 hesablı bərabərə qalıb.
Paytaxt təmsilçisi İngiltərə Liqa Kubokunda “Liverpul”a uduzduqdan (0:1) sonra bütün turnirlərdə keçirdiyi 7 görüşdə məğlub olmayıb. İngilislər bunun 4-də qələbə qazanıb, 3-də heç-heçə edib.
“Çelsi”nin hazırkı məğlubiyyətsizlik seriyası 2022-ci ilin payızından bəri ən uzundu. Həmin vaxr komanda 14 sentyabrdan 25 oktyabra qədər ardıcıl 9 görüşdə uduzmamışdı.