08 Aprel 2024, 14:55
FUTBOL
“Real” hücumçusu Vinisius Juniorla bağlı qərarını verib. Matc.az xəbər verir ki, “kral klubu” Braziliya millisinin üzvünü satmaqdan imtina edib.
24 yaşlı forvard üçün madridlilər Avropa klublarından bir neçə təklif alıb. Hətta bir klubun keçid müqabilində 200 milyon avrodan çox pul ödəməyə hazır olduğu vurğulanıb. Lakin “Real” rəhbərliyi buna “yox” cavabını verib.
Qeyd edək ki, Vinisius Junior bu mövsüm 28 oyunda 18 qol vurub, 8 assist edib.