09 Aprel 2024, 09:23
FUTBOL
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Matc.az xəbər verir ki, siyahıda 506 klub qərar tutub.
Azərbaycanın 3 komandası cədvələ düşüb. Ən yüksək göstəriciyə “Qarabağ” nail olub. 13 pilləlik irəliləyişə nail olan Ağdam təmsilçisi ilk “50-liy”ə girib. Qurban Qurbanovun yetirmələri 176,75 xalla dünyanın 48-ci komandasıdı.
“Neftçi” 1, “Sabah” 4 pillə irəliləyib. “Neftçi” 62 xalla 377-ci, “Sabah” isə 58,75 xalla 413-cü yerdədi.
Qeyd edək ki, cədvələ “Mançester Siti” (401) başçılıq edir.