Kərim Benzema dekabrdan bəri ilk dəfə Səudiyyə Ərəbistanında qol vurub. Matc.az xəbər verir ki, “Əl İttihad”ın hücumçusu ölkə Superkubokunun yarımfinalında “Əl Vahda” ilə görüşün 1-ci dəqiqəsində hesabı açıb.

Bununla 36 yaşlı futbolçu 4 aylıq qol həsrətinə son qoyub. O, axırıncı dəfə dekabrın 15-də Klublararası Dünya Çempionatında “Əl-Əhli” ilə görüşdə (1:3) rəqib qapısına yol tapmışdı. Ümumilikdə Benzema “Əl İttihad”ın heyətində 27 matçda 13 qol vurub.

Qeyd edək ki, “Əl Vahda” üzərində 2:1 hesablı qələbə qazanan “Əl İttihad” finala yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest