19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib. Matc.az xəbər verir ki, yığmamız Latviyada meydan sahibləri ilə qarşılaşıb. U-19 komandamız B Liqasının 4-cü qrupunda yenə meydanı məğlub tərk edib.

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib. Matc.az xəbər verir ki, yığmamız Latviyada meydan sahibləri ilə qarşılaşıb.

B Liqasının 4-cü qrupundakı ilk iki matçında Monteneqroya 0:4, Bolqarıstana isə 0:1 hesabı ilə uduzan U-19 komandamız bu dəfə də meydanı məğlub tərk edib. Görüş ev sahiblərinin 4:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.

Beləliklə, aktivinə xal yazdıra bilməyən Azərbaycan millisi qrupu sonuncu pillədə başa vurub. 9 xalla birinci yeri tutan Bolqarıstan isə A Liqasına yüksəlib.

U-19-lar arasında Avropa çempionatının seçmə mərhələsi

B Liqası, 4-cü qrup

III tur

9 aprel

14:00. Azərbaycan – Latviya - 0:4

Baş hakim: Olivia Tskon (Avstriya)

Riqa, “LNK Sport Park”

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest