Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, yığmamız B Liqasının 1-ci qrupunda II tur görüşünü keçirib.

Siyasət Əsgərovun yetirmələri İsveçrəni qəbul edib. “Dalğa Arena”da təşkil olunan görüş qonaq komandanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz ilk oyununda səfərdə Macarıstanla heç-heçə edib - 1:1.
Qadınlar arasında Avropa çempionatının seçmə mərhələsi
B Liqası, 1-ci qrup
II tur
9 aprel
Baş hakim: Alina Peşu (Rumıniya)
Bakı, “Dalğa Arena”