09 Aprel 2024, 11:41
FUTBOL
Futzal üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin təqvimi bilinib. Matc.az xəbər verir ki, oyunlar aprelin 25-də Bakı İdman Sarayında təşkil olunacaq.
Həmin gün ilk olaraq “Neftçi” İK və “Baku Fire” komandaları üz-üzə gələcək. Qarşılaşma saat 15:00-a planlaşdırılıb.
18:00-da isə “Araz-Naxçıvan”la PFL münasibətlərinə aydınlıq gətirəcəklər.