“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilk oyununu dəyərləndirib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis məqsədlərinin qələbə olduğunu bildirib.

64 yaşlı çalışdırıcı bunun üçün bütün güclərini ortaya qoyacaqlarını bildirib: “Bacardığımız hər şeyi göstərmək vacibdi. Oyunçuların meydanda sərgiləməli olduqları cəsarət və fərdilik kimi psixoloji aspekt də çox önəmlidi. Hazırlaşmaq üçün vaxtımız var idi. Əminəm ki, hər cəhətdən - mənəvi, fiziki və texniki baxımdan əlimizdən gələni edəcəyik”.

Ançelotti iki fərqli klubun qarşılaşacağını vurğulayıb: “Bir-birinə bənzəməyən iki komanda üz-üzə gəlir. Onların hər birinin özünəməxsus xüsusiyyətləri var. Lakin meydanda çoxlu sayda fərdi oyunçuların olduğu komandalardı. Texniki baxımdan çox yaxşı oyun olacaq. Bəzi məqamlarda bizim, bəzilərində isə rəqibin üstün olacağını gözləyirik”.

Qeyd edək ki, bu gün Madriddə keçiriləcək “Real” – “Mançester Siti” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest