“İnter Mayami”nin sahiblərindən Jorje Mas kapitan Lionel Messinin müqaviləsindəki detalları açıqlayıb. Matc.az xəbər verir ki, onun sözlərinə görə, argentinalı ulduz futbolçunun MLS klubundakı illik qazancı 50-60 milyon dollardı.

36 yaşlı hücumçunun sözləşməsində karyerasını bitirdikdən sonrakı dönəmlə bağlı da maddə yer alır. Anlaşmaya əsasən, dünya çempionu yaşıl meydanlardakı çıxışını başa vurduqdan sonra “İnter Mayami” rəhbərliyində təmsil oluna bilər.

Qeyd edək ki, Lionel Messinin “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilin sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest