Braziliya millisinin sabiq müdafiəçisi Daniel Alveş azadlığa buraxıldıqdan sonra futbola qayıtmağı planlaşdırır. Matc.az xəbər verir ki, keçmiş futbolçu yeni vəzifədə çalışmaq niyyətindədi.

40 yaşlı Alveş futbolçu karyerasını başa vurduğunu etiraf edib. Lakin o, fərqli formada bu idman növündə qalmaq qərarına gəlib. Alveş apellyasiya şikayəti üzrə qərar çıxana qədər zaminə buraxıldıqdan sonra cəzaçəkmə müəssisəsini tərk edib.

Qeyd edək ki, Dani Alveş 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edilib. Lakin o, martın 20-də 1 milyon avro təzminat ödəyərək azadlığa buraxılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest