Azərbaycan Premyer Liqasının XXX turunda keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə Bakı klubu paylaşım edib.

Biletlər dörd kateqoriyaya bölünüb. Qiymətlər 2, 5, 10 və 15 manat təşkil edir. Biletləri iticketdən əldə etmək mümkündü.

“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Qeyd edək ki, aprelin 13-də keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” matçı saat 19:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest