09 Aprel 2024, 14:12
FUTBOL
Futzal üzrə Azərbaycan millisi Bakıda təlim-məşq toplanışındadı. Matc.az xəbər verir ki, komandanın mətbuat üçün açıq məşqi və baş məşqçinin brifinqi olacaq.
Bu, aprelin 12-də reallaşacaq. Saat 11:10-da Olimpik Starda baş məşqçi Vitali Borisov jurnalistlərin suallarını cavablandıracaq. Bundan yarım saat sonra isə yığma məşqə çıxacaq.
Qeyd edək ki, yığmamız aprelin 14-də və 16-da Tbilisidə Gürcüstan millisi ilə iki yoldaşlıq görüşü keçirəcək.