AFFA İntizam Komitəsi “Neftçi-2”nin futbolçusu Ağadadaş Salyanskiyə ağır cəza verib. Matc.az xəbər verir ki, əsas komandada da yer alan hücumçu 4 oyunluq sanksiya ilə üzləşib. Buna səbəb onun Əvəzedicilər Liqasında “Sumqayıt-2” ilə görüşdə rəsmi şəxsə qarşı qeyri-etik jest etməsi olub.

AFFA İntizam Komitəsi “Neftçi-2”nin futbolçusu Ağadadaş Salyanskiyə ağır cəza verib. Matc.az xəbər verir ki, əsas komandada da yer alan hücumçu 4 oyunluq sanksiya ilə üzləşib.

Buna səbəb onun Əvəzedicilər Liqasında “Sumqayıt-2” ilə görüşdə rəsmi şəxsə qarşı qeyri-etik jest etməsi olub. Klub buna görə 300 manat cərimələnib.

Maraqlıdı ki, Təcili Tibbi Yardım avtomobili təyin edilən vaxtdan gec gəldiyindən, “Neftçi” daha 100 manat, matç bitdikdən sonra təhlükəsizlik tam təmin olunmadığı üçün 400 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest