“Arsenal” həmçinin Avropanın ən yaxşı kollektivlərindən biridi. Bir bir az geridəyik"
“Bavariya”nın baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/4 final mərhələsində “Arsenal”la keçiriləcək ilk oyun haqqında danışıb. Matc.az xəbər verir ki almaniyalı mütəxəssis onları çətin sınaq gözlədiyini bildirib.
Tuxel İngiltərə təmsilçisi barədə müsbət fikirlər səsləndirib:
“Arsenal” hazırda Premyer Liqanın ən yaxşı komandasıdı. Bütün statistikalar bunu sübut edir. Onlar fantastik formadadılar. “Arsenal” həmçinin Avropanın ən yaxşı kollektivlərindən biridi. Bir bir az geridəyik. Artıq ikinci ildi ardıcıl yüksək səviyyədə oynayırlar və enerji nümayiş etdirirlər. Mikel Artetanın rəhbərliyi altında mədəniyyət dəyişdi”.
Qeyd edək ki, bu gün Londonda keçiriləcək “Arsenal” – “Bavariya” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.