"Mən heç vaxt Karlo Ançelottiyə taktiki baxımdan pis məşqçi deməyəcəyəm. Əks halda, o, Andrea Pirlo və ya Toni Kroosu yarımmüdafiəçi mövqeyinə yerləşdirməzdi"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la keçiriləcək oyun barədə fikirlərini bildirib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis qarşı tərəfdəki həmkarı Karlo Ançelotti barədə müsbət fikirlər səsləndirib.

O, italiyalı mütəxəssisin məşqçilik keyfiyyətlərindən danışıb: “Yaxşı məşqçi olmağın nə demək olduğunu başa düşmürsən. Məşqçinin keyfiyyətləri təkcə taktika məsələsi deyil. Milyonlarla faktor var. Amma mən heç vaxt Karlo Ançelottiyə taktiki baxımdan pis məşqçi deməyəcəyəm. Əks halda, o, Andrea Pirlo və ya Toni Kroosu yarımmüdafiəçi mövqeyinə yerləşdirməzdi və ya mövqeyi Cud Bellinqemə uyğunlaşdırmazdı”.

Qeyd edək ki, bu gün Madriddə keçiriləcək “Real” - “Mançester Siti” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest