AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Matc.az xəbər verir ki, iclasda 1-ci Liqanın 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
“Mingəçevir” – “İmişli” oyununun 80-ci dəqiqəsində “İmişli” klubunun 23 nömrəli futbolçusu Gilyerme Silva ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “İmişli” klubu 150 manat cərimə edilib.
 
“İrəvan” – “Araz Saatlı” oyununun 50-ci dəqiqəsində “İrəvan” klubunun 73 nömrəli futbolçusu Bəşir Ayralov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “İrəvan” klubu 50 manat cərimə edilib.
 
“İrəvan” – “Araz Saatlı” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilib.
 
“Zaqatala” – “Karvan” oyununun 54-cü dəqiqəsində “Karvan” klubunun 10 nömrəli futbolçusu Akif Tağıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Karvan” klubu 150 manat cərimə edilib.
 
“Zaqatala” – “Karvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilib.
 
MOİK – “Şamaxı” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 70 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest