09 Aprel 2024, 20:00
FUTBOL
Çempionlar Liqası oyunları planlaşdırıldığı kimi keçiriləcək.
Matc.az xəbər verir ki, bu barədə UEFA bəyanat yayıb.
Qeyd edək ki, bu gün və sabah turnirin 1/4 final mərhələsinə ev sahibliyi edəcək stadionlara terror hücumu təhlükəsi ilə bağlı məlumatlar yayılmışdı. Qarşıdakı matçlar zamanı təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi bildirilir.
Bu gecə Londonda “Arsenal” və “Bavariya” üz-üzə gələcək, “Real” isə “Mançester Siti”ni qəbul edəcək. Aprelin 10-da Madrid “Atletiko”su İspaniyanın paytaxtında Dortmund “Borussiya”sı, PSJ isə Parisdə “Barselona” ilə qarşılaşacaq.