Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann "Bavariya"ya mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb.
 
Matc.az xəbər verir ki, gənc mütəxəssis təklif almadığını etirab edib:
 
"Əlimdə yazılı təklif yoxdur, danışıqlar olmayıb. Mən hələ də peşəkar gələcəyimi düşündüyüm mərhələdəyəm. Hər şeyi fikirləşib, müzakirə etmək lazımdır - bu olduqca normaldır.
 
Qərar verəcəyəm, amma indi dəqiq tarix söyləmək mənim üçün çətindir. Gələcəkdə bəzi variantlar ola bilər, amma hazırda nəzərdən keçirmək üçün heç bir təklifim yoxdur. Gələcək haqqında hər gün düşünürəm".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest