09 Aprel 2024, 22:27
FUTBOL
"Bavariya" futbolçularının həyat yoldaşları və dostları "Arsenal"la Çempionlar Liqası matçını stadiondan canlı izləyə bilməyəcək.
Matc.az xəbər verir ki, buna səbəb UEFA-nın tribunada pirotexniki vasitələrdən istifadə etdiyi üçün münhenli azarkeşlərin "topçular"la oyuna gəlməsini qadağan etməsi olub.
Bildirilib ki, futbolçular bu vəziyyətdən narazılıq bildiriblər, lakin qərar dəyişməyib.