10 Aprel 2024, 10:49
FUTBOL
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) martın ən yaxşı klublarının siyahısını dərc edib. Matc.az xəbər verir ki, siyahıda ötən ay ərzində ən çox reytinq xalı qazanan 6 klub yer alıb.
Cədvəldə birinci yeri “Milan” tutur. Ötən ay 6 qələbə qazanan “rossonyerlər” 56 xal qazanaraq ümumi reytinqdə 22-ci yerdən 5-ci pilləyə yüksəlib.
Müqayisə üçün əlavə edək ki, Azərbaycan təmsilçisi “Qarabağ” reytinqdə əlavə 12 xal qazanıb. Ağdam təmsilçisi bunun sayəsində 61-ci yerdən 48-ci pilləyə yüksəlib.
Martda ən çox xal qazananlar:
1. “Milan” – xal 56
2. “Mançester Siti” - 50
3. “Bayer” - 48
4. “Liverpul” – 47
5. “Borussiya” (Dortmund), PSJ – 44