“Beşiktaş”da baş məşqçi məsələsinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, Türkiyə klubunun prezidenti Hasan Arat yeni çalışdırıcı axtarıb-axtarmadıqları ilə bağlı sualı cavablandırıb.

Bir müddətdir “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun adı “ağ-qaralar”la birgə hallansa da, klub prezidenti iddiaları təkzib edib.

O, yeni baş məşqçi axtarışında olmadıqlarını deyib: “Baş məşqçimiz Fernando Santosa güvənirik. Belə olmasaydı, onunla bu yola çıxmazdıq. Santos bura çətin vaxtımızda gəldi. Onunla müqavilə müddəti bitənə qədər birlikdə çalışacağıq”.

Qeyd edək ki, Fernando Santosun “Beşiktaş”la müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest