10 Aprel 2024, 12:44
FUTBOL
Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək qadın futbolçulardan ibarət milli komandaların qrupları müəyyənləşib. Matc.az xəbər verir ki, turnirdə 12 yığma 3 qrupa bölünəcək.
A qrupunda Fransa, Kolumbiya, Kanada, Yeni Zelandiya, B qrupunda ABŞ, Zambiya, Almaniya, Avstraliya, C qrupunda isə İspaniya, Yaponiya, Nigeriya və Braziliya komandaları mübarizə aparacaq.
Qadınların yarışına iyulun 25-də start veriləcək. Olimpiada Parisdə təşkil olunsa da, futbol qarşılaşmaları Fransanın digər şəhərlərində reallaşacaq.