“Latsio”nun hücumçusu Çiro İmmobile klubunu dəyişə bilər. Matc.az xəbər verir ki, “Napoli” yayda heyətini onunla gücləndirməyi planlaşdırır.

Neapol təmsilçisi Covanni Simeonenin əvəzinə ön xətdəki boşluğu məhz 34 yaşlı forvardla doldurmaq niyyətindədi. Həmçinin digər hücumçu Viktor Osimxenin satılması da istisna deyil.

Qeyd edək ki, Çiro İmmobile bu mövsüm bütün turnirlərdə 38 oyunda 10 qol vurub, 1 məhsuldar ötürmə verib. Onun “Latsio” ilə müqaviləsi 2026-cı ilin yayına kimidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest