Qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirilən səfər oyunu İsveçrə yığmasının üzvü Alişa Lemann üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 25 yaşlı hücumçu “Dalğa Arena”dakı qarşılaşmada yubileylə yadda qalıb.

Belə ki, komandasının 4:0 hesabı ilə qalib gəldiyi matçı əvəz edilmədən keçirən Lemann yığmada 50-ci oyununu keçirib. Onun bu yubileyi sosial şəbəkələrdə geniş yayılıb. Eyni zamanda model kimi çalışan Lemannı pərəstişkarları təbrik ediblər.

Alişa Lemann 2017-ci ildən İsveçrə yığmasında çıxış edir. Forvard hazırda “Aston Villa”nın formasını geyinir.

Qeyd edək ki, B Liqasının I qrupunda keçirilən iki turdan sonra İsveçrə 6 xalla lider mövqeyində qərarlaşıb, Azərbaycan millisi isə aktivinə xal yazdıra bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest