10 Aprel 2024, 15:24
FUTBOL
“Əl-Hilal”ın hücumçusu Neymar klub sahibi olmağa hazırlaşır. Matc.az xəbər verir ki, Braziliya millisinin üzvü ilk klubu “Santos”un səhmlərini almaq istəyir.
Daha əvvəl onun 2025-ci ildə “Santos”un heyətinə qoşulacağı barədə məlumat yayılmışdı. Neymar atası ilə birlikdə doğma klubu almaq imkanını nəzərdən keçirir.
Qeyd edək ki, Neymar “Santos”un heyətində 2009-2013-cü illərdə çıxış edib.