10 Aprel 2024, 15:48
FUTBOL
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo 2 oyunluq cəza ilə üzləşə bilər. Matc.az xəbər verir ki, buna səbəb portuqaliyalı superulduzun Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında “Əl-Hilal”la (2:1) görüşdə qırmızı vərəqə almasıdı.
Qarşılaşmanın baş hakimi Məhəmməd Əl-Xuveyş oyunsonrası protokolda onun dirsəyi ilə rəqibi vurmasını aqressiv davranış kimi yazıb. Səudiyyə Ərəbistanı Pro Liqasının qaydalarına əsasən, aqressiv davranışa yol verən futbolçu 2 oyunluq diskvalifikasiya edilməli və 4911 avro məbləğində cərimələnməlidi.
Qeyd edək ki, Ronaldo rəqibinə dirsək vurduğuna görə birbaşa qırmızı vərəqə alıb.