“Bavariya” müdafiəçisi Alfonso Devisin xidmətindən məhrum qalıb. Matc.az xəbər verir ki, buna səbəb kanadalı oyunçunun Çempionlar Liqasının 1/4 final mərhələsində “Arsenal”la ilk oyunda sarı vərəqə almasıdı.

Bununla 23 yaşlı sol cinah oyunçusu cəzalı duruma düşüb. Bu isə o deməkdi ki, Devis aprelin 17-dəki matçda məşqçilər korpusunun ixtiyarında olmayacaq.

Qeyd edək ki, Londonda keçirilən ilk oyunda “Bavariya” səfərdə 2:2 hesablı heç-heçə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest