“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la keçirilən ilk oyunda zədələnib. Matc.az xəbər verir ki, ingiltərəli futbolçu 3:3 hesabı ilə başa çatan görüşün 87-ci dəqiqəsində əvəzlənib.

Foden zədəsinin son durumu barədə fikirlərini bölüşüb: “Ayağımı bir az incitdim, amma sağalmaq üçün vaxtım var. Ümid edirəm ki, bunu bacararam. Azarkeşlər dünyanın ən yaxşı hücum xəttinə malik iki böyük komandanın iştirakı ilə gözəl anlardan birini izləyə bildilər. Çoxlu qollar var idi”.

Qeyd edək ki, komandalar arasında cavab matçı aprelin 17-də Mançesterdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest