"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın Çempionlar Liqasının 1/4 finalında "Real"la oyunda (3:3) taxdığı saatın qiymətini müəyyən olub.
 
Matc.az xəbər verir ki, ispan mütəxəssis Richard Mille 27-01 saatı taxıb. Bu, brend məşhur tennisçi Rafael Nadalın şərəfinə yaradılmış və dünya üzrə cəmi 50 parça ilə məhdudlaşan eksklüziv saatdır. Onların dəyəri 1,3 milyon avro qiymətləndirilir. Richard Mille 27-01 dünyanın ən yüngül mexaniki saatıdır. Onlar 5-ci dərəcəli titan, alüminium və litium kimi materiallardan hazırlanır. Saatın ümumi çəkisi 18,83 qramdır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest