11 Aprel 2024, 16:00
FUTBOL
"Barselona"nın vingeri Rafinya PSJ ilə oyundan sonra keçirdiyi emosiyalardan danışıb:
Matc.az xəbər verir ki, o, klubda qalmaq istədiyini bildirib:
"Bu mənim üçün xüsusi gecədir. Müqaviləmin bitməsinə bir neçə il qalıb və onları da işləməyi planlaşdırıram. Uzun illər burada "Barça"da qalmaq üçün əlimdən gələni edəcəyəm".
Xatırladaq ki, 1/4 final matçında braziliyalı karyerası ərzində Çempionlar Liqasında ilk iki qolunu vurub.